ABŞ-ın Enerji naziri İSTEFA VERƏCƏK

Bu ilin sonunda ABŞ-ın Enerji naziri Rik Perri postundan ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Donald Tramp Enerji nazirinin istefa verəcəyi ilə bağlı iddialara cavab verərkən belə deyib. “Ağ ev” rəhbərinin sözlərinə görə, Perrinin qərarı onun üçün gözlənilməz olmayıb:

“Bunu 6 ay əvvəl bilirdim. Perri mənə bu ilin sonunda vəzifəsindən ayrılıb başqa işlə məşğul olmaq istədiyini demişdi”.

Tramp bildirib ki, yaxın günlərdə Rik Perrinin yerinə təyin olunacaq şəxsin adı açıqlanacaq.

Qeyd edək ki, Rik Perri 2017-ci ildə Enerji naziri təyin olunub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR