“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib
07:22 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Sony" dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin şirkət, həmçinin optik texnologiyalara xüsusi diqqət yetirir. "Sony" şirkəti Yaponiyada keçiriləcək "CEATEC 2019" konfransında yeni nəsil 3D kameralar təqdim etməyi planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Sony" şirkətinin yeni həlli cərrahi endoskopdan ibarətdir və kamera sensorunun təsvir ölçüsü 4K-dır. Yeni texnologiya cərrahi müdaxiləni minimuma endirərək insan orqanlarının dəqiq 3D çəkilişini etməyə imkan verir. Şirkətin tibbi avadanlıqların hazırlanmasında təcrübəsi olmadığını nəzərə alaraq, "Olympus" ilə birgə "Sony Olympus Medical Solutions" müəssisəsi təsis edilib. Yeni müəssisə həkimlərə pasiyentlərin vəziyyətinin təhlilini asanlaşdıran sistemlərin hazırlanması ilə məşğul olacaq.

Mürəkkəb emal alqoritmlərindən istifadə edən "Sony" və "Olympus" avadanlığı həkimlərə yüksək keyfiyyətli təsvir və video hazırlamağa kömək edəcək və onların araşdırılması xəstənin sonrakı müalicə kursu ilə əlaqədar lazımi qərarı tez qəbul etməyə kömək edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR