Krım yarımadasında yeni növ həşərat aşkar edilib.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, yeni növ pulcuqqanadlılar dəstəsinə aid edilib.

“Negotithia efetovi” adlı verilən həşərat Krım yarımadası üçün endemik növ hesab olunur. Həşəratın adı Krım Dövlət Universitetinin professoru Konstantin Efetovun şərəfinə verilib.