Bakıda küçədən meyit tapılıb.

Metbuat.az bildirir ki, Nizami rayon sakini, 1987-ci təvəllüdlü Məhərrəmov Ayaz Vidadi oğlunun meyiti yaşadığı rayonun ərazisində yerləşən küçələrin birindən tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikdən zəhərlənməsi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.