Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı:

Azər Axşamın həyat yoldaşı ilk dəfə canlı yayıma çıxıb.

Metbuat.az xəbər verir ki, Azərin həyat yoldaşı Milli Qəhrəman Mübariz İbrahimov haqda yazılanlara sərt reaksiya verib.

O bildirib ki, heç bir zaman milli qəhrəmanı təhqir etməyib:

"Mən ümumiyyətlə sosial şəbəkə istifadəçisi deyiləm. Milli qəhrəmanımız haqda elə fikilər deyən insan mənə də maraqlıdır. Çox istəyirəm ki, həmin insan tapılıb, cəzasını çəksin. Həmin insanın kimliyini hamıdan çox biz öyrənmək istəyirik. Həmin insana mən çox ağır ifadələr işlədə bilərəm amma bu mənim mədəniyyətimə yaraşmır".

Qeyd edək ki, sosial şəbəkədə bir şəxs özünü aparıcı Azər Axşamın həyat yoldaşı kimi təqdim edərək Mübariz İbrahimov haqda təhqiriedici ifadələr işlədib. Aparıcı isə məsələ ilə hüquq mühafizə orqanlarına müraciət edib.

Azər Axşamın həyat yoldaşının çıxışını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR