Həsən Ruhani Azərbaycana səfər edəcək

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Metbuat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR