"Hisslərimə hakim olmağı öyrənməliyəm" - Təmkin Xəlilzadə

"Hisslərimə hakim olmağı öyrənməliyəm" - Təmkin Xəlilzadə
16:57 21 Oktyabr 2019
135 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Preyer Liqasının 8-ci turunun "Keşlə" ilə oyunundan (1:1) sonra hakimə hücum edən "Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə bununla bağlı fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə şəxsi "İnstaqram" hesabında paylaşım edən millimizin üzvü hisslərini cilovlaya bilmədiyi yazıb:

"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində ona normal tərzdə fikirlərimi çatdırmaq istədim. Ola bilər,  bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim.
Yaxşı anlayıram ki, milli komanda və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Kaş, belə məqamda bu cür hadisə olmayaydı. Xeyirlisi".

Xatırladaq ki, Təmkin final fitindən sonra  görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR