Tramp İranı görünməmiş zərbə ilə hədələyib

Tramp İranı görünməmiş zərbə ilə hədələyib
00:37 22 Oktyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İranı rəsmi Tehran tərəfindən "qəbuledilməz hərəkətlərin davam edəcəyi təqdirdə" görünməmiş güc zərbəsi ilə hədələyib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Mən müharibələrdən çıxmağa çalışıram, həmçinin ola bilər, bizə müharibələrə daxil olmaq lazım gələcək. Biz nə vaxtsa olduğundan daha yaxşı hazırlaşmışıq. Əgər İran nəsə etsə, ona heç vaxt vurulmadığından (güclü-red) zərbə vurulacaq", - deyə Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı jurnalistlərə bildirib.
ABŞ və İran arasında münasibətlərdə gərginliyin son həddi Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlarla bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-i-rani-gorunmemis-zerbe-ile-hedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR