Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir

Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir
13:37 22 Oktyabr 2019
113 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orlov əyalətinin sakini 11 yaşlı qızını seksual köləliyə verirmiş.

Milli.Az "OryolTayms"a istinadən bildirir ki, mənfur ananın 8 uşağı var. 7 uşaq himayə orqanları tərəfindən onun əlindən alınıb. 11 yaşlı qızcığazı isə gizlədə bilmişdi. Bəzən evdə qəfəsdə saxlayır, harasa gedəndə isə tor setkada daşıyırdı. Hər gecə bir butulka arağa görə seksual köləliyə verirdi.

İstintaq komitəsinin məlumatına görə, genetik xəstəliyə tutulan 11 yaşlı qızcığaz xəstəxanaya yerləşdirilib.

Xəstəxananın baş həkimi Lyudmila Krılovanın sözlərinə görə, uşaq onlara təslim ediləndə çox ağır vəziyyətdə idi.

"Qız danışmır, insanlardan qorxur, qaşıqdan istifadə edə bilmir, yeməyi udaraq yeməyə çalışır", - deyə hakim qeyd edir.

Zaur Həsənəliyev
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR