Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərinişinləri düşürərək xətdən çıxıb

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərinişinləri düşürərək xətdən çıxıb
18:02 22 Oktyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib. 
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib. 
Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürcüsünə protokol tərtib ediblər. 
Bu zaman avtobusun sürcüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz. 
Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib. 








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bna-nin-cerimelediyi-avtobus-surucusu-serinisinleri-dusurerek-xetden-c

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR