Azərbaycanda enerji təchizatı 100%-ə çatdırıb

Azərbaycanda enerji təchizatı 100%-ə çatdırıb
18:17 22 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi ilə, o cümlədən sayğaclarla təmin olunma 100% olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.
2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 954 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 6 683 mln kVt/s (ümumi istehlakçıların 39,4%-ni təşkil edib) əhali qrupuna aiddir. 
Büdcə zərfinə görə, 2019-cu ilin birinci yarısında 8 559,8 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 3 478,7 mln kVt/s-ı (40,6%) əhali qrupunun payına düşür.
 Həmçinin, elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 308 vahid artaraq 2018-ci ilin sonuna 2 613 813 vahid, bu il iyulun 1-nə isə 2 645 072 vahid təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisiq-olke-uzre-enerji-techizatini-100-e-catdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR