Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb

Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb
20:52 22 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən qədim mirvarisi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislər onun 8 min il yaşı olduğunu iddia edirlər. Marava adasındakı qazıntılar zamanı aşkar edilən mirvari ilə yanaşı neolit dövrünə aid qalıqlar da tapılıb.

Mütəxəssislər bildirib ki, tapıntı hələ o dövrlərdə mirvarinin ticarət məqsədilə istifadə edildiyini sübut edir.

Mirvari Əbu-Dabidə Luvr muzeyində sərgiyə qoyulacaq. Sərgi oktyabrın 30-dan sonra ziyarətçilərin ixtiyarına veriləcək.

Arxieloqlar bildirib ki, zinət əşyası eramızdan əvvəl 5800 və ya 5600-cü illərə aiddir. "Əbu-Dabinin mirvarisi" adlandırılan əşya "Dəbdəbənin 10 000 yaşı" adı ilə sərgilənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/796204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR