Azərbaycanda taxıl idxalı azala bilər

Azərbaycanda taxıl idxalı azala bilər
12:27 23 Oktyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə taxıl istehsalı sahəsində yerli istehsal artıbsa, taxıl idxalı da azalacaq. 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda Taxılçılıq Assosiasiyasının sədri Taleh Qasımov bildirib. 
O vurğulayıb ki, bu il ölkədə əvvəlki illərlə müqayisədə daha çox taxıl əkilib: "Bu isə əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım deməkdir: "Eyni zamanda, ölkənin taxıla olan özünütəminat sahəsində göstəricisi daha da artacaq". 
O əlavə edib ki, bu il 798 hektardan çox ərazidə taxıl əkilib.
Xatırladaq ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 mln ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 mln ton olub. Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faizə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-taxil-idxali-azala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR