Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırıla bilər –

Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırıla bilər. Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalei deyir ki, bu indi də olmasa, 20-30 ildən sonra mümkün olacaq.


Metbuat.az bildirir ki, ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.


Araz Manumeri Lalei – Narkoloji Mərkəzin direktoru: “Bizim cəmiyyətimizin inkişafına baxsaq, cəmiyətdə olan dəyişiklikləri nəzərə alsaq, ümumiyətlə ümumdünya proseslərinə nəzər salsaq, biz görəcəyik ki, bütün dünyada bu proses baş tutub gedir. İstər-istəməz yavaş-yavaş bu proses Azərbaycana da çatacaq”.


Dünyanın bir sıra ölkələrində yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində, o cümlədən qonşu gürcüstanda isə bu məsələ müzakirə edilir.


Araz Manumeri Lalei – Narkoloji Mərkəzin direktoru: “Həyat dəyişir, elm dəyişir, münasibət dəyişir, alimlərin axtarışları dəyişir. Bəzi ölkələrdə müxətlif xəstəlikləri dağınıq skleroz xəstəliyini marixuananın tabletkası ilə müalicə edirlərsə, gələckdə bəlkə başqa xəstəliklərdə də müalici məqsədilə istifadə oluna bilər”.


Ekspertlərin sözlərinə görə, dünyada artıq anlayırlar ki, narkotik vasitə istifadəçiləri ilə nə qədər mübarizə aparılsa da, say azalmır, əksinə artır. Qadağalar da artıq effekt vermir. Alimlər müəyyənləşdiriblər ki, ən düzgün yol bunu leqallaşdırmaqla nəzarətdə saxlamaq, zərəri azaltmaq və narkotik vasitələrini qəbul etmək mədəniyyətini yaratmaqdır.


Teymur Baloğlanov – Kriminalist: “Narkotiklərin şəxsi istehlak miqdarı deyilən bir anlayış var. Yəni bu o miqdardır ki, həmin miqdar həcmində narkotik maddələrin istehlakına görə şəxslər məsuliyyətə alındıqda, onların barəsində cinayət xarakterli məsiliyyət tədbirləri tətbiq olunmur. Onlar bir qayda olaraq, inzibati xətaya görə məsuliyətə cəlb olunurlar”.


İstənilən narkotik vasitənin leqallaşmasına qarşı olanlar da var.


Qeyd edək ki, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb. Maraqlıdır ki, Niderlandda narkotikdən istifadə leqallaşandan sonra narkomanların sayı azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR