Şeydayev "Dinamo"dan ayrıla bilər

Millimizin üzvü Ramil Şeydayev qış transferi pəncərəsi dövründə "Dinamo"dan ayrıla bilər.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, 23 yaşlı hücumçunun müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı bildirilib.

"Dinamo" rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.

Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR