“Day-day gücünə qabağa gedirlər” - Xalq artisti - VİDEO - FOTO

“Day-day gücünə qabağa gedirlər” - Xalq artisti  - VİDEO - FOTO
19:32 23 Oktyabr 2019
202 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Brilliant Dadaşova olub.

Milli.Az bildirir ki, xalq artisti həmkarlarını saxtakarlıqda ittiham etdi:

"Təəssüf edirəm ki, bizim azadlığımızı bəzi səviyyəsi aşağı olan sənət insanları düzgün qəbul etmirlər. Bu gün tüpürdükləri üzü, sabah yalayan insanları görüb təəccüblənirəm. Bir-birilərinə çox nalayiq sözlər deyib, sonra da qucaqlaşıb barışdıq deyirlər. Küsüb-barışmaq yaxın insanlar arasında olar. Sənətdə bir insan ya dostundur, ya da deyil. Bu gün küsüb, sabah barışmaq gündəmdə qalmaq üçündür. Bu, tamaşaçı qarşısında simasızlıq deməkdir. Saxtakarlığa nifrət etdiyim üçün belə insanlardan uzağam. Onlar olan atmosferdə belə olmuram. Layiq bilmirəm. Day-day, sevgili, sponsor gücünə gəlib sənin yanında dayanırlar. Sonra da əsl simalarını göstərirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/796434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR