Aktrisa Fidan Axundova qadınlarla bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, sevgidən yaşan aktrisa bunları qeyd edib:
"Ey insan övladı, qadının qəlbindəki o böyük sevgini öldürmə. Sevgisi ölmüş qadın kobud, qaba, qapalı, kişidən daha özgüvənli olur. Daha güclüyəm deyib, ürəyinə daş basır. Nəhayət, qadın olmaqdan çıxıb, robota çevrilir.
Sənə zərif, nəcib, kövrək, duyğulu, sevgidolu bir qadın lazımdır, yoxsa, dəmir parçası?".