Qəbələdə polislə mühafizəçilər arasında gərginlik

UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb.

Metbuat.az sport24.az-a istinadən xəbər verir ki, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə "qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.

Yalnız meydana "Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.

Hadisələri yaxından izləyən görüşün baş hakimi "Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərdi. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına sillə vurması oldu.

Digər tərəfdə - qəbələli azarkeşlərlə polislər arasında da qarşıdurma qeydə alınıb. "Qəbələ"nin "Red Black army" fan-klubunun yaradıcısı Azad polis tərəfindən bölməyə aparılıb. Buna səbəb azarkeşlərin tribunaları gec boşaltması olub. Asayiş keşikçiləri azarkeşləri zorla stadiondan çıxarmağa çalışıb və insident yaranıb.

Daha bir insident isə polislə klubun mühafizəçilərinin arasında olub. Azarkeşlə kobud rəftara görə polisə etiraz edən mühafizəçiləri asayiş keşikçilərinə etiraz bildirib. Ara münaqişə böyümədən sakitləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR