“Xəzər” TV-dən Murad Arifə qadağa

Aparıcı və müğənni Murad Arif kanalların birində ona efir qadağası qoyulduğunu bildirib.

Metbuat.az xəbər verir ki, sənətçi bu barədə “Facebook”da məlumat yayıb.

“Efirinə 2 ildir ki, getmədiyim kanalın təzəcə “zapret”inə nə qədər güldüm” deyə, o, yazıb.

Əldə etdiyimiz məlumata görə, müğənniyə efir qadağası qoyan kanal “Xəzər” TV-dir. Kanalın hansı səbəbdən bu addımı atması bəlli deyil.

Qeyd edək ki, M.Arif tezliklə “Səs uşaqlar” layihəsində jürilik edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR