ABŞ Müdafiə Nazirliyi Suriyanın şərqindəki neft yataqlarını qorumaq üçün bölgəyə əsgər göndərəcəklrini açıqlayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan açıqlamada qeyd edilib:
"ABŞ və ortaqlarının İŞİD-ə qarşı əldə etdiyi əhəmiyyətli zəfərlərdən biri onların gəlir əldə etdiyi neft yataqları idi. Bu neft yataqlarının İŞİD-in əlinə keçməməsi üçün ABŞ bölgədəki mövqelərinə əlavə hərbi birləşmələr göndərəcək. İŞİD-in ortaya çıxmaması üçün əlavə gəlir axınını durdurmağımız lazımdır".
ABŞ mediası Pentaqonun bölgəyə 30 tank və hərbi birləşmələr göndərəcəyini yazıb.