Ümid Partiyası bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

Metbuat.az “Report”-a istinadən bildirir ki, bu gün siyasi təşkilatın Ali Məclisinin iclası keçirilib.

Toplantıda Ümid Partiyasının dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı məsələsi müzakirə olunub.

Sonda partiyanın seçkilərdə iştirak etməsi barədə qərar qəbul olunub.