Lənkəran rayonunda ölüm hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Hadisə "Palıdlı Sahil" istirahət mərkəzində qeydə alınıb. Qubadlı rayonunda doğulan, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvvəlüdlü Ağayev Elbrus Əsgər oğlunun oktyabrın 25-də səhər saat 9-da vanna otağından meyiti tapılıb.
Qeyd edək ki, Arqument.az saytı "Palıdlı Sahil" istirahət mərkəzinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə aid olduğunu yazıb.
Bu barədə Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Bu cür aləmi qarışdırmaq olmaz. 50 min dəfə demişəm ki, "Palıdlı Sahil" istirahət mərkəzi mənim deyil. Yazırlar ki, Hadı Rəcəblinin Lənkəranda 19 villası var, biri də budur. Bu cür yalan xəbərlər yaymaq olmaz.Həyatda hər şey ola bilər. Orada insanları güllə ilə vurmurlar".