Qeyri-adi ixtira - VİDEO

Qeyri-adi ixtira - VİDEO
16:52 16 Yanvar 2015
128 Sosial
Ölkə mətbuatı
A- A+

Tovuzun Orta Yanıxlı kəndində olan bu maşını kənd sakini Elvin Rəşidov hazırlayıb. Sahibi bu qeyri-adi dizayna malik avtomobilin yığılmasına çox pul xərcləməyib. Türkel TV (Region TV) xəbər verir ki, Elvin əvvəlcə hazırlayacağı maşının detallarını toplayıb. Həyətlərində işə başlayan konstruktorun avtomobil yığa biləcəyinə əvvəlcə heç kim inanmayıb.
 
Elvin Rəşidov: "Dedilər ki, bu nədi, neynirsən?. Deyəndə ki, maşın yığıram hamı güldü. Atam dedi ki, heç vaxt ola bilməz, yığa bilməyəcəksən. Qonşular gəlib baxırdılar, amma inanan yox idi. İşlədim, iki həftədən sonra maşını çıxardıb sürdüm".

Əsas hissələr "VAZ" markalı avtomobilin detallarıdır. Bəzi hissələrsə sırf əl işidi. Həmin detalları Elvin özü qaynaq vasitəsi ilə hazırlayıb. Təxminən saatda 160 klometr sürətlə hərəkət edən avtomobili hər kəs böyük maraqla qarşılayır.
 
Elvin Rəşidov: "Hətta gəlin gətirmək üçündə aparırlar maşını. Bir də görürsən ki, dostlarımla harasa gedirik yolda saxlayıb deyirlər ki, şəkil çəkdirim, oturub baxım. Çox böyük maraq göstərirlər".
 
İndi Elvinin iddiası daha böyükdür. Gənc ixtiraçı yeni texnika yaratmaq, heç olmasa yerdən 20 metr yüksəkliyə qalxmaq, uçmaq niyyətindədir: "Deyirəm heç kim inanmır. Bu maşını yığanda da inanmırdılar. Amma yığdım. Təyyarəni də yığacam. Onu da insan yığıb da. Niyə də mən yığa bilməyim".

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR