Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Simuzər İbrahimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən Simuzər İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui-istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az