Almaniyada İŞİD-ə qarşı əməliyyat: türklər və çeçenlər saxlanılıb

Almaniyada İŞİD-ə qarşı əməliyyat: türklər və çeçenlər saxlanılıb
16:53 16 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Almaniyada 205 polisin iştirakı ilə İŞİD qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, polis 11 fərqli ərazidə terrorizmə qarşı mübarizə çərçivəsində əməliyyat aparılıb.

Əməlyyat nəticəsində iki türk saxlanılıb. Onlar İŞİD-in Suriyadakı qanadına silahlılar və maliyyə dəstəyi verməkdə təqsirləndirilirlər.

Saxlanılanlar arasında çeçen və dağıstanlıların da olduğu bildirilir.

Qeyd edək ki, bu gün Almaniyadan savayı, Fransa və Belçikada da bənzər əməliyyatlar keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR