"Bağdadinin öldürülməsi terrorla mübarizədə dönüş nöqtəsidir" - Ərdoğan

"İŞİD terror qruplaşması liderinin öldürülməsi terrora qarşı müttəfiqlərimizlə ortaq apardığımız mübarizənin dönüş nöqtəsidir".

Metbuat.az türk mediasına istindən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İŞİD lideri Əl-Bağdadinin öldürlülməsi xəbərinə dair açıqlamasında deyib. O, həmçinin əlavə edib:

"Türkiyə bundan əvvəl də olduğu kimi bundan sonra da terrorla mübarizəyə davam edəcək. İŞİD, PKK/YPG və digər bütün terror qruplaşmaları ilə mübarizədə ən çox hesab ödəyən ölkə olaraq bu hadisəni məmnuniyyətlə qarşılayırıq. Terrora qarşı müttəfiqlik ruhuna uyğun, qərarlı şəkildə mübarizə aparılarsa, bütün insanlığın hüzura qovuşacağına inanıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR