Yaponiyada qasırğa və leysan qurbanlarının sayı 98 nəfərə çatıb
Paylaş
·115 baxış·1 dəq oxu
Yaponiyaya tüğyan edən "Haqibis" qasırğasının və ondan sonrakı leysan yağışların qurbanlarının sayı 98 nəfərə çatıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli özünüidarəetmə orqanlarının ümumiləşmiş məlumatlarına əsasən ölkənin Milli ictimai Televiziyası məlumat yayıb. Bildirilir ki, təbii hadisə zamanı daha 10 nəfər itkin düşüb.