“Qəbələ”də seneqallı futbolçu

“Qəbələ”də seneqallı futbolçu
14:37 30 Oktyabr 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" heyətinə yeni fubolçu cəlb edir.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi sabiq futbolçusu İbrahima Niasseni geri qaytarır. Azad agent olan seneqallı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq. Transfer yaxın günlərdə açıqlanacaq.

Daha əvvəl 2013/14 mövsümündə "qırmızı-qaralar"ın formasını geyinmiş Niasse 35 matçda 1 qol vurmağı bacarıb. O, Azərbaycanda "İnter"in (indiki "Keşlə" - red.) də uğurları üçün çalışıb. "Qəbələ"yə məhz paytaxt klubundan keçən futbolçu orda 57 matçda 5 qola imza atıb. 2014-cü ildə Azərbaycanı tərk edən Niasse "Mordoviya" (Rusiya), "Konkordiya" (Rumıniya), "Delhi Dinamos" (Hindistan), "Levadiakos" (Yunanıstan) və "Raca Kasablanka" (Mərakeş) klublarında çıxış edib. 31 yaşlı oyunçu karyerasında həmçinin "Nansi"nin B komandasının, "Ksamaks" (İsveçrə) və "Apollon"un (Kipr) da formasını tərlədib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR