"Qəbələ"dən rəsmi transfer

"Qəbələ"dən rəsmi transfer
19:27 31 Oktyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar" seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

O, 2013/14 mövsümündə "Qəbələ"nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə "Ksamaks" (2008-11), Azərbaycanda "İnter"in (2012-14) şərəfini qoruyub. "Qəbələ"dən ayrıldıqdan sonra Niasse Rumıniyada "Konkordiya" (2014-16), İslandiyada "Odişa" (2016), Yunanıstanda "Levadiakos" (2017-18), Mərakeşdə "Raca Kasablanka" (2018) klublarının formasını geyinib.

İbrahima "Qəbələ"də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR