Aktrisanın 16 yaşlı qızı gözəlliyi ilə OVSUNLADI - FOTO

Aktrisanın 16 yaşlı qızı gözəlliyi ilə OVSUNLADI - FOTO
01:58 1 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Ketrin Zeta Cons və Maykl Duqlasın 16 yaşlı qızı Keris moda dünyasını fəth etməkdədir və ona bu yolda anası dəstək göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ilə qızı “Fendi” markasının çanta reklam kampaniyasının əsas personajları seçilib. Çəkiliş Romada baş tutub, videoçarxa yalnız moda aksessuarları deyil, həm də inanılmaz italyan memarlığı daxil edilib. Ana və qız məhəbbətindən bəhs edən kampaniya heyrətamiz alınıb. Kadrlarda Keris və Ketrin bir-birlərini qucaqlayır və tarixi binaların birində rəqs edirlər.

Əlavə edək ki, aktrisa və qızı uzun müddətdir italyan brendi ilə əməkdaşlıq edir. Kerisin dəb debütü keçən il baş tutmuşdu. O, anası ilə birlikdə “Town & Country” jurnalının sentyabr sayında qonaq olmuşdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/294761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR