Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub
11:07 1 Noyabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub. 
AQTA-dan "Report"a verilən məlumata görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/qida-zeherlenmeleri-ile-bagli-aqta-ya-25-muraciet-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR