“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filminin nümayişi olub - VIDEO - FOTO

“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filminin nümayişi olub - VIDEO - FOTO
18:17 1 Noyabr 2019
158 Maraqlı
Ölkə mətbuatı
A- A+

"28 Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Yaşıl kitab" filminin yaradıcılarının istehsalı olan, növbəti ekran işi - "Araxis Yağlı Tərlan"ın təqdimatı keçirilib. Bu komediya hər bir tamaşaçının qəlbinə toxunacaq.

Möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Qəhrəmanımız pəncərədən kənara çıxan qəhrəmanımız özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.

Filmi Tayler Nilson və Mayk Şvarts ekranlaşdırıb. Aktyorlar isə Şaya LaBaf, Dakota Conson və Zak Qotsagendir.

Tədbirin təşkilində dəstək: "Cinema Distribution"

Qeyd edək ki, "Araxis Yağlı Tərlan" yalnız "Cinemaplus" kinoteatrlar şəbəkəsində yayımlanacaq.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR