Xumar Qədimova: “Bu ağrı və eşqi öz içimdə yaşadım” - FOTO/VİDEO

Xumar Qədimova: “Bu ağrı və eşqi öz içimdə yaşadım” - FOTO/VİDEO
10:33 2 Noyabr 2019
137 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Xumar Qədimova İmaddədin Nəsiminin "Neylərəm" qəzəlinə bəstələdiyi əsəri təqdim edib.

Publika.az xəbər verir ki, Əməkdar artist yeni klipinin təqdimat mərasimində bu əsəri İmadəddin Nəsiminin 650 illiyinə həsr etdiyini deyib:

"İmadəddin Nəsiminin əsərlərini ruhumda hiss edirəm. O hissi yaşayıram. Onun əsərlərində çağırış, müraciət var. Odur ki, qəlbimin səsi ilə bu şeiri seçdim. Nəsimi azad insan olub, mənim də ruhum azaddır. O üzdən bu əsəri oxudum və bəstələdim. Sözlərdə təsvir edilən ağrını öz içimdə yaşadım. "Neylərəm" qəzəlində Nəsimi eşq və tanrı ilə olan bağlılığını ifadə edib. Bu mövzular mənə toxunmaya bilməzdi. Sənət odur ki, onu oxuduğun an yaşaya biləsən. Bu əsərdəki ağrı və ilahi sevgini ruhumda hiss etdim və yaşadım...".

Xumar Qədimova yaradıcılıq planlarından da danışıb: “Oxuyan və oxudan qadın oxudu. Hələ oxunmamış çox əsərlər var. Yaxın günlərdə Hüseyn Cavidin "Şeyx Sənan" əsərini də ifa edəcəm”.

Qeyd edək ki, tədbirdə Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, Mətbuat Şurasının Sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Əməkdar jurnalist Flora Xəlilzadə və s. bir çox ziyalılar iştirak ediblər.

Onlar Xumar Qədimovanın ifasını çox sevdiklərini və bu əsərin İmadəddin Nəsimi ilinə töhvə olduğunu vurğulayıblar.

Aytən

Fotolar: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/294902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR