Bu gün Xalq artisti Könül Xasıyevanın Heydər Əliyev sarayında "Yaşamağa varmı güman?" adlı konserti baş tutub.

Metbuat.az xəbər verir ki, konsertə gecikən Namiq Qaraçuxurlu bir buket gül alaraq müğənnidən üzrxahlıq edib. Könül Xasıyeva isə sabah mütləq gəlməli olduğunu bildirib.

Videoda daha bir diqqətçəkən məqam isə Könül xanımın sözləri olub. O, sabahkı konsertdə Namiq Qaraçuxurlu ilə duet oxuyacağını qeyd edib.



(primetime.az)