Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından Metbuat.az-a verilən məlumata görə, Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.
Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq. Azərbaycan millisinin oyunlarının təqvimi.
| 07.01.2020 | 19:00. | Polşa – Bolqarıstan |
| 22:30. | Azərbaycan – Hollandiya | |
| 08.01.2020 | 22:30. | Bolqarıstan – Hollandiya |
| 09.01.2020 | 19:00. | Bolqarıstan – Azərbaycan |
| 22:30. | Hollandiya – Polşa | |
| 10.01.2020 | 23:00. | Polşa – Azərbaycan |
| 07.01.2020 | 16:00. | Almaniya – Türkiyə |
| 08.01.2020 | 16:00. | Xorvatiya – Türkiyə |
| 19:00. | Belçika - Almaniya | |
| 09.01.2020 | 16:00. | Belçika - Xorvatiya |
| 10.01.2020 | 16:30. | Almaniya - Xorvatiya |
| 19:30 | Türkiyə - Belçika |
| 11.01.2020 | 20:15 | A1 - B2 |
| 23:45. | B1 - A2 | |
| 12.01.2020 | 20:30. | Final |