"Bizimkilər Rihanna deyil axı... "

"Bizimkilər Rihanna deyil axı... "
17:21 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xanəndə Elnarə Abdullayeva yerli müğənniləri dünya ulduzu Rihanna ilə müqayisə edib.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin” verilişinə açıqlamasında ölkəmizdə şounun olmamasından şikayətlənib:

“Bizdə şou yoxdur, görmürəm. Burada müğənnilərin göstərdiyi şou deyil. Onlar yalnız sənətlə məşğul olurlar. Bizimkilər Rihanna deyil axı... Onun kimi hərəkətlər etmirlər”.

E.Abdullayeva bütün janrlarda oxuya biləcəyini iddia edib:

“Bizdə elə bilirlər ki, xanəndələr passivdir. Ancaq muğam oxuyurlar. Estrada mahnısı da ifa edirəm. Bu, mənim üçün çətin deyil. Hər şeyin başında ritm dayanır. Kimin içində musiqi istedadı varsa, bunu hamı edə bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR