Ötən gün güclü külək Bakıda fəsadlar törədib - FOTO

Ötən gün güclü külək Bakıda fəsadlar törədib - FOTO
09:57 3 Noyabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dənizdə isə dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.

Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/799310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR