Əfqanıstanda taliblərin hücumu - 9 ölü

Əfqanıstanda taliblərin hücumu - 9 ölü
14:27 3 Noyabr 2019
32 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimal-şərqində "Taliban" silahlılari ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Taliban" noyabrın 2-si səhər şimal-şərqdə Bədəxşan əyalətindəki Nusai qəzasına hücum edərək təhlükəsizlik qüvvələrinə atəş açıb. Hərbiçilərlə silahlılar arasında toqquşmalar davam edir.

Bildirilir ki, taliblər qəzanın hökumət kompleksinə yaxınlaşıblar. Toqquşma baş verən ərazidə təhlükəsizlik qüvvələrinə kömək gəlməzsə, qəza "Taliban"ın əlinə kecə bilər.

"Taliban" hərəkatı öz növbəsində, hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR