Al-Tani: Qətər Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır

Al-Tani: Qətər Azərbaycanla hərtərəfli əməkdaşlıqda  maraqlıdır
15:43 4 Noyabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparılıb.

E.Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə məlumat verib və Qətərin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3143781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR