Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başlayıb

Polis Elçin Əlibəylinin müraciəti üzrə araşdırmalara başlayıb
17:29 5 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: "Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır".

Qeyd edək ki, televiziya aparıcısı Elçin Əlibəyli sosial şəbəkədə Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3144456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR