Ən azı 15 nəfər Taylandın Yala vilayətindəki nəzarət məntəqəsinə silahlı hücumun qurbanı olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli təhlükəsizlik qüvvələrinə istinadən bildirib.
Məlumata əsasən, daha iki nəfər xəsarət alıb.
Hüquq mühafizə orqanları hücumun yerli separatçılar tərəfindən edildiyini düşünür.
Milli.Az