Planetdə həyat olmayan tək yer -

"Su olan yerdə həyat vardır" ifadəsi olduqca geniş yayılmış və güclü inanışdır. Ancaq yeni dəlillər göstərir ki, bəzi şərtlərdə su və həyat bir araya gələ bilmir. Bunun üçün elm adamları dünyanın həyat üçün ən əlverişsiz yerinə gediblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu yer Efiyopiyadakı Dallol adlanan bölgədir. Bu duzlu, cəhənnəmi xatırladan su toplusu planetimizdəki ən isti yer hesab edilir Dallolun mənzərəsini qəhvə rəngi, narıncı, sarı cə yaşın rəngdəki həddən artıq duzlu və asid kraterlər təşkil edir.

Uzaqdan baxıldığında Dallol olduqca gözəl mənzərəyə sahibmiş kimi görünsə də, burada olduqca zəhərli qazlar mövcuddur. Dallolun bu çətin mühiti uzun illərdir alimlərin də diqqətini çəkir. Bu bölgədə aparılan araşdırma sonrasında İspaniya Astrobiologiya Mərkəzindən Felipe Gomez demişdi:

"İnanılmaz ancaq düşməncəsinə bir yerdir. Xlor buxarlaşması hava yollarımızı yandırmışdı. Burada yaşayan hər hansı bir mikroorqanizm varsa, o elmin diqqətini çəkəcək bir ekstremofil ola bilər."

Araşdırma nəticəsində Dallolda heç bir canlı orqanizm tapılmamışdır. Burada yalnız insanlar tərəfindən atılan qalıqlardan düşən mikroorqanizmlər var ki, bu da Dalolla həyatın olduğunu göstərmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR