Metroda qadın ətəklərinin altına baxan kişi sərnişinlərin əlində öldü

Metroda qadın ətəklərinin altına baxan kişi sərnişinlərin əlində öldü
13:32 6 Noyabr 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Sinqapurda metro stansiyasında gizlicə qadınların ətəklərinin altına baxan 46 yaşlı kişi ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gizli kamera ilə qadınları çəkən təcavüzkar sərnişinlərin diqqətini cəlb edib. O, qaçmağa çalışdıqda isə beş nəfər onun arxasınca düşüb. Onu stansiyadan təxminən 500 metr aralıda yaxalamağa müvəffəq olublar.

Polis hadisə yerinə gələndə artıq kişinin nəbzi itmiş olub. Təcili yardım gələnə qədər polis süni tənəffüs və ürək masajı etsə də, onu xilas etmək mümkün olmayıb. Konkret səbəb isə göstərilməyib.

Onu təqib edənlərdən biri ifadəsində təcavüzkarı sadəcə saxlayaraq, polisə təhvil vermək istədiklərini və onu boğmadıqlarını bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR