Vüqar “Topaz”dan 144 min udub? - YENİLƏNİB

Vüqar “Topaz”dan 144 min udub? - YENİLƏNİB
13:57 7 Noyabr 2019
208 İdman
Ölkə mətbuatı
A- A+

13:55

Meyxanaçı Vüqar Əbdülovun "Topaz"da külli miqdarda pul udması barədə sosial şəbəkələrdə məlumat yayılıb.  

Qeyd olunub ki, sənətçi "Real Madrid"in "Qalatasaray" üzərində 6:0 hesablı qələbəsinə 3000 manat pul qoyub və bundan 144 min AZN qazanıb. 

Milli.Az bildirir ki, qafqazinfo bu məsələ haqda meyxanaçının özü ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edib. Əlavə edib ki, ümumiyyətlə mərc oyunlarında iştirak etmir. 

---------
12:26

Dünən "Çempionlar liqası"nın qrup mərhələsində "Real Madrid" və "Qalatasaray" komandalarının oyunu baş tutub.

Milli.Az adalet.az-a istinadən xəbər verir ki, tanınmış meyxanaçı Vüqar oyundan əvvəl Topazda İspaniya komandasının 6:0 hesabı ilə qələbə qazanmağına 3000 manat pul qoyub.

Əmsalı 48 olan bu təxminin doğru çıxdığına görə, tanınmış meyxanaçı 144000 manat pul qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR