“Report” xarici mətbuata istinadən xəbər verir ki, Esseks qraflığının polis rəisinin köməkçisi Tim Smit bildirib ki, meyiti tapılan Vyetnam vətəndaşlarının şəxsiyyətlərini müəyyən etmək və onların ailələrinə yardım etmək prioritet məsələ idi.
O, qeyd edib ki, dünyasını dəyişən şəxslərin yaxınlarına hadisə barədə məlumat verilib. Ölənlər arasında 24 kişi və 5 qadın, habelə 10 yeniyetmə var.
Hazırda Böyük Britaniya və rəsmi Hanoy arasında meyitlərin Vyetnama qaytarılması barədə müzakirələr aparılır.