"Sevişmə səhnəsində qadın ehtirasdan otları yolurdu" - FOTO

"Sevişmə səhnəsində qadın ehtirasdan otları yolurdu" - FOTO
11:05 9 Noyabr 2019
170 Maraqlı
Ölkə mətbuatı
A- A+

80-90-cı illərin erotik film aktrisası Müjde Ar İstanbulda təşkil olunan "Brand week Istanbul 2019"da iştirak edib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çıxışı zamanı filmlərdəki sevişmə səhnəsindən bəhs edib. Aktrisa sözügedən səhnələri bəyənmədiyini söyləyib.

"Əvvəllər türk filmlərində belə səhnələr olurdu. Cütlük əl-ələ çəmənlikdə qaçışırdı, öpüşürdülər, sonra da çəmənlikdə sevişmə səhnəsi olurdu. Həmin səhnələrdə qadın ehtirasdan otları yolurdu.

Uşaqlıqdan sevişmə səhnələrinə marağım olub. Uşağın necə dünyaya gəlməsi sualı məni düşündürürdü. Sonra öz-özümə dedim ki, mənim sevişmə səhnələrimdə belə yersiz kadrlar olmayacaq. Nə baş verirsə, hamısı çəkiləcək.

Hamını maraqlandıran bir sual var. Sevişmə səhnələrində nə olur? Heç nə. Nə olmalıdır. Nəinki aşiq olmaq, elə bil küftə yeyirsən. Məsələn, mənim elə filmlərim olub ki, tərəf müqabilimlə çəkilişlər bitənə qədər danışmamışıq, amma, öpüşmüşük", - deyə Müjde Ar söyləyib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR