Azərbaycanda İƏT ölkələrinin Kənd Təsərrüfatı nazirlərin görüşü keçiriləcək

Azərbaycanda İƏT ölkələrinin Kənd Təsərrüfatı nazirlərin görüşü keçiriləcək
17:52 9 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Kənd təsərrüfatı sahəsində Azərbaycan və digər İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri əhəmiyyətli irəliləyiş əldə ediblər. Bununla belə, hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da artırmaq lazımdır”. 
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib. 
Nazir bildirib ki, Azərbaycanda cari il 3-4 dekabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı nazirlərin 6-cı görüşünün keçirilməsini təklif edib: "Bakıda keçiriləcək bu mühüm tədbirdə ölkələrinizdən yüksək səviyyəli nümayəndə heyətlərini görməyi gözləyirik".

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-i-et-olkelerinin-kend-teserrufati-nazirlerin-gorusu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR