Vilayət Eyvazov Bakı sakinləri ilə görüşdü

Vilayət Eyvazov Bakı sakinləri ilə görüşdü
18:03 9 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir.

Publika.az xəbər verir ki, noyabrın 9-da - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.

Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini Daxili İşlər Nazirliyində qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Hər belə qəbuldan sonra vətəndaşlar yerlərdə dövlət məmurlarının onlarla görüşməsi, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR