Elmar Məmmədyarov: "Azərbaycan sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib"

Elmar Məmmədyarov: "Azərbaycan sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib"
18:22 9 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

"Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan “Trans-Avropa” və “Trans-Asiya” dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.
Nazir bildirib ki, artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən "Bakı-Tbilisi-Qars" strateji magistral dəmir yolu, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib.
"Çinin rəhbərlik etdiyi "Bir kəmər, bir yol" Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün "Lapis Lazuli" ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir", - deyə nazir bildirib.
E.Məmmədyarov vurğulayıb ki, yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz: "Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-sermayeciler-ucun-elverisli-olan-azad-iqtisadi-zonadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR