Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutuldu

Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutuldu
18:52 9 Noyabr 2019
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş məhkum narkotik və saxta əsginasla tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun "BMW" markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/801083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR